İyunun 12-də Venesulenın ABŞ-dakı müvəqqəti işlər vəkili Kaliksto Orteqa Amerika prezidenti Barak Obama ilə ölkəsinin başçısı Nikolos Maduro arasında şəxsi görüşün keçirilə biləcəyini istisna etməyib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, diplomat deyib: «Mən belə bir görüşün baş tutacağını istsina etmirəm».
O, iki ölkə arasında qarşılıqlı münasibətlərin qurulması üçün yeni mərhələnin başlandığını söyləyib.
Bir neçə gün öncə BMT-nin Baş Assambleyasının Qvatemalada keçirilən sessiyasında ABŞ-ın dövlət katibi Con Kerri ilə venesuelalı həmkarı Elias Xava arasında görüş olub. Tərəflər iki ölkə arasında münasibətlərin normallaşacağına ümidvar olduqlarını bildiriblər.
Həmin görüşdə ən yüksək səviyyədə danışıqların bərpası ilə bağlı razılıq əldə edib.
2010-cu ildən ABŞ - Venesuela diplomatik münasibət müvəqqəti işlər vəkil səviyyəsindədir.
Onda Venesuela səfir Lari Palmeranın namizədliyini qəbul etməmişdi.
Buna səbəb Lari Palmeranın Venesuela ordusunun döyüş ruhunun aşağı səviyyədə olması barədə çıxışı və ABŞ prezidenti Barak Obamanın rəsmi Karakası narkotiklərə qarşı mübarizəsinin yetərincə olmadığını söyləməsi göstərilirdi.