ABŞ və Türkiyə əməkdaşlığı müzakirə etdilər
10 may 2017 07:53 (UTC +04:00)

ABŞ və Türkiyə əməkdaşlığı müzakirə etdilər

0

ABŞ-ın müdafiə naziri Ceyms Mettis türkiyəli həmkarı Fikri Işıkla telefon danışığı zamanı iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Pentaqonun mətbuat xidmətindən bildirilib.

 

“Nazir ABŞ-ın NATO üzrə müttəfiqinin müdafiəsinin təmin edilməsinə və təhlükəsizlik sahəsində əlavə risklərin qarşısının alınmasına dair sadiqliyini təsdiqləyib. Hər iki lider İraq və Suriyada sülh və sabitliyi dəstəklədiyini təsdiqləyiblər”, - deyə Pentaqondan bildirilib.   

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl rəsmi Ankaranın etirazına baxmayaraq, Suriyada İŞİD-lə döyüşən kürd qruplaşmaların silahlandırılmasına dair planı təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar