ABŞ və Rusiya Qətəri müzakirə etdi
11 iyun 2017 07:56 (UTC +04:00)

ABŞ və Rusiya Qətəri müzakirə etdi

0

Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danışığı baş tutub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in saytında dərc edilən məlumatda bildirilir.

 

Tərəflər telefon danışığı zamanı Qətər ətrafında yaranmış vəziyyətin danışıqlar yolu ilə  nizamlanmasının vacibliyini qeyd ediblər və bu cür səyləri dəstəkləməyə hazır olduqlarını bildiriblər.

 

Tərəflər həmçinin Rusiya-ABŞ münasibətlərinin  aktual məsələlərini, o cümlədən, ikitərəfli gələcək səfərlərin qrafikini nəzərdən keçiriblər.  

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar