ABŞ Ukraynaya 350 milyonluq hərbi yardım ayırır
09 noyabr 2017 01:18 (UTC +04:00)

ABŞ Ukraynaya 350 milyonluq hərbi yardım ayırır

0

ABŞ Senatı və Konqresin Nümayəndələr Palatasının müvafiq komitələri 2018-ci maliyyə ilində Ukraynaya 350 milyon dollarlıq hərbi yardım edilməsi barədə razılığa gəliblər.

 

APA-nın xəbərinə görə, bu barədə TASS agentliyinə Senatdakı mənbə bildirib.

 

“Bəli, bu son rəqəmdir. Ukraynaya hərbi yardımla bağlı təklif Senat və Nümayəndələr Palatasında səsverməyə çıxarılacaq”, deyə mənbə bildirib.

 

Qeyd edək ki, hərbi yardımın verilməsi ilə bağlı yekun qərar Dövlət Departamenti və Pentaqon tərəfindən verilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 297

Oxşar yazılar