ABŞ üçün əsas təhlükəli ölkә açıqlandı
28 aprel 2017 04:35 (UTC +04:00)

ABŞ üçün əsas təhlükəli ölkә açıqlandı

ABŞ dövlət katibi Reks Tillerson İranı ölkəsi üçün ən əsas təhlükə mənbəyi olduğunu bəyan edib. Bu barədə APA “RİA Novosti”yə istinadən xəbər verir.

 

“İran hazırda ABŞ və bölgənin stabilliyi üçün ciddi təhlükə mənbəyidir”, - deyə Tillerson qeyd edib.

 

Jurnalistin “Ağ Ev Dövlət Departamentini İrana qarşı daha sərt mövqedən çıxış etməyi məcbur edib?” sualına Tillersonun cavabı belə olub: “Ağ Ev hesab edirdi ki, İrana yalnız Birgə Hərtərəfli Fəaliyyət Planı prizmasından yanaşmaq olmaz və mən bununla tam razıyam”.       

 

Onun sözlərinə görə, ABŞ-ın İrana qarşı iddialarını tək sanksiyaların ləğvi ilə nəticələnmiş nüvə razılaşması kontekstində deyil, ümumi, kompleks şəklində nəzərə almaq lazımdır.

 

Tillerson, ABŞ-ın İranı terrorizmin sponsoru olduğunu hesab etdiyini, ballistik raket istehsalı proqramına görə Tehrana qarşı əlavə sanksiyaların tətbiq edildiyini xatırladıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 247
avatar

Oxşar yazılar