ABŞ Suriyaya zərbə endirilməsi barədə hələ qərar qəbul etməyib
13 aprel 2018 19:43 (UTC +04:00)

ABŞ Suriyaya zərbə endirilməsi barədə hələ qərar qəbul etməyib

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Vaşinqtonun Suriyaya zərbə endirilməsi barədə hələ qərar qəbul etmədiyini bildirib.

 

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, N. Heyli deyib ki, əgər ABŞ və müttəfiqləri Suriya ilə bağlı qərar versə, bu, beynəlxalq hüquq normalarının qorunması prinsipi əsasında olacaq.

 

Qeyd edək ki, iki gün əvvəl ABŞ prezidenti Donald Tramp “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Rusiya Suriyaya buraxılacaq raketlərə hazır olmalıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 417
avatar

Oxşar yazılar