ABŞ Rusiyanı günahlandırdı
21 dekabr 2016 02:30 (UTC +04:00)

ABŞ Rusiyanı günahlandırdı

0

ABŞ Dövlət Departamenti Donbasda vəziyyətin gərginləşməsi ilə bağlı Minsk razılaşmalarının açıq-aydın şəkildə pozulmasında Rusiyanı günahlandırıb.  

 

“ABŞ Ukraynanın şərqində son vaxtlar zorakılıq hallarının artmasından çox narahatdır. Son iki gündə əlavə Ukrayna ərazilərini ələ keçirmək məqsədi ilə törədilən separatçı  hücumlar nəticəsində  6 ukraynalı hərbçi həlak olub və 33 nəfər yaralanıb.   Bu  2015-ci ilin iyunundan bu vaxtadək iki gün ərzində qeydə alınan ən çox itkidir”, - deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi brifinqdə bildirib.  

 

“Bu Minsk sazişi üzrə Rusiyanın üzərinə götürdüyü öhdəliklərin açıq-aydın pozulmasıdır.  Biz, zorakılığı dayandırmaq,  ATƏT müşahidəçilərinin tam və maneəsiz hərəkətini təmin etmək üçün Rusiyanı separatçılara təsir gücündən istifadə etməyə çağırırıq”, deyə Kirbi qeyd edib.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 403

Oxşar yazılar