<b>ABŞ-da Rusiya diplomatlarının hərəkətləri məhdudlaşdırıldı</b>
01 dekabr 2016 07:53 (UTC +04:00)

ABŞ-da Rusiya diplomatlarının hərəkətləri məhdudlaşdırıldı

0

ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya diplomatlarının hərəkətlərini məhdudlaşdıran qanun layihəsi qəbul edilib

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, sənədə əsasən ABŞ-da akkreditə olan Rusiya diplomatik nümayəndələrinin əməkdaşları təqvim rübü ərzində öz iş yerlərindən 40 km uzağa səfər etmək üçün əvvəlcədən ABŞ hökumətini xəbərdar etməlidirlər.

 

Qərarın lehinə 390, əleyhinə isə 30 konqresmen səs verib.

 

ABŞ Konqresinin Nümayəndələr Palatası 2017-ci maliyyə ilində ABŞ kəşfiyyat xidmətlərinin maliyyələşdirilməsi haqqında qanun layihəsini qəbul edib. Yeni qaydalar “ABŞ-da akkreditə olan Rusiya diplomat və konsullarının səfərlərinin məhdudlaşdırılması” adlı bölmədə yer alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 311

Oxşar yazılar