ABŞ-ın Cənubi Karolina ştatının Çarlston şəhərində polis əməkdaşları restoranlardan birində silahlı şəxs tərəfindən girov götürülən şəxslər azad edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, silahlı şəxsin restoranda törətdiyi atışma nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb.
Əməliyyat zamanı polis silahlı şəxsi yaralayıb, onun vəziyyətinin ağır olduğu bildirilir.
Şəhər meri Con Teklenburq insidentin terror aktı və ya irqçilik zəminində cinayət olmadığını qeyd edib.