Çeçenistan rəhbəri Ramzan Kadırovun adı ABŞ-ın “Maqnitski siyahısı”na salınıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında dərc edilən məlumatda deyilir.
Məlumata görə, R.Kadırovla yanaşı daha 4 Rusiya vətəndaşının adı siyahıya daxil edilib.
Qeyd edək ki, “Maqnitski aktı” 2012-ci ilin dekabrında qəbul edilib. Akt “Firestone Duncan” şirkətinin hüquqşünası Sergey Maqnitskinin ölümü ilə bağlılığı olan və insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə sanksiya tətbiq etmək səlahiyyəti verir. “Maqnitski siyahıs”ına daxil edilən şəxslərin bir qayda olaraq ABŞ-a gəlmələrinə qadağa tətbiq olunur, ABŞ-dakı aktivlərinə isə həbs qoyulur.