Rusiyanın Dəməşqdəki səfirliyinin atəşə tutulmasına dair BMT TŞ-də yaydığı bəyanat ABŞ tərəfindən bloklanıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyindən bildirilib.
“ABŞ nümayəndə heyəti Rusiyanın standart bəyanatına kənar elementlər əlavə etmək istəyib. Britaniya və Ukrayna amerikalıları dəstəkləyib. Bu, onların Diplomatik münasibətlər haqqında Vyana konvensiyasına hörmətsizliyini təsdiqləyib ”, - deyə XİN-dən bildirilib .
“Etiraf etməliyik ki, TŞ-dəki bəzi həmkarlarımızın mənəvi özülləri artıq ciddi sarsılıb”, - deyə məlumatda bildirilib.