ABŞ konsulluqları Rusiyada viza verilməyə başladı
03 noyabr 2017 01:58 (UTC +04:00)

ABŞ konsulluqları Rusiyada viza verilməyə başladı

0

ABŞ-ın Rusiyadakı bütün konsulluqları vizaların verilməsini bərpa edib. APA-nın xəbərinə görə, bu barədə “Gazeta.ru”ya ABŞ-ın Moskvadakı səfirliyindən bildirilir.  

 

Məlumata görə, ABŞ-ın Sankt Peterburq, Yekaterinburq və Vladivostokdakı konsulluqlarında  vizalar hələlik məhdudiyyətlərlə verilir. Belə ki, qeyd olunan konsulluqlarda vizalar yalnız müsahibə keçməyə gərək olmayan vətəndaşlara verilir.   

 

Məlumata görə, əvvəllər ABŞ vizası almış və həmin tip viza üçün təkrar müraciət etmiş şəxslər müsahibədən azaddır. Daha bir şərtə görə, sonuncu vizanın müddətinin başa çatdığı tarixdən bir ildən çox vaxt  keçməməlidir.  

 

Qeyd edək ki, ABŞ səfirliyi avqustda Sankt Peterburq, Yekaterinburq və Vladivostokdakı konsulluqlarının fəaliyyətinin müvəqqəti dayandırıldığını elan edib. Buna səbəb Rusiyanın ABŞ Dövlət Departamentindən diplomatik missiyanın sayını 1210 nəfərdən 455 nəfərədək azaltmaq tələbi olub.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar