ABŞ İŞİD-in kimyəvi silah anbarını partlatdı - <span style="color:red;">İDDİA
13 aprel 2017 17:21 (UTC +04:00)

ABŞ İŞİD-in kimyəvi silah anbarını partlatdı - İDDİA

0

 

Suriyada yeni kimyəvi faciənin yaşandığı bildirilir. 

 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Suriya ordusunun Baş Qərargahı  ABŞ-ın İŞİD-ə məxsus kimyəvi silah anbarlarından birini bombaladığını açıqlayıb.

 

Deyr-əz-Zor şəhərində yaşanan hadisə nəticəsində yüzlərlə mülki şəxsin və terorçunun öldüyü bildirilir.  Amerika rəsmiləri isə xəbəri təkzib edərək bildirib ki, Suriyada heç bir bazaya hava zərbəsi endirilməyib. 

 

Suriya hakimiyyəti iddia edir ki, bununla İŞİD və Əl Qaidəyə bağlı qrupların kimyəvi silahlara sahib olduqları təsdiqlənib.

 

Bildirək ki, 4 apreldə Suriyanın İdlib şəhərində mülki şəxslərə qarşı kimyəvi silahdan istifadə edilib. ABŞ bu işdə Bəşər Əsəd hökumətini günahlandırıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 491

Oxşar yazılar