ABŞ hesab edir ki, İŞİD terror qruplaşması üzərində tam qələbə çalmaq üçün 3 il müddət gərəkdir. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın Yaxın Şərqdəki silahlı qüvvələrinin komandanlıq nümayəndəsi general Ceyms Terri bildirib.
Ceyms Terri amerikalıları səbirli olmağa çağırıb, çünki, onun sözlərinə görə, İŞİD ilə mübarizə azı 3 il davam edə bilər.