ABŞ endirdiyi zərbələr nəticəsində 14 dinc sakinin öldüyünü etiraf etdi
29 iyul 2016 04:33 (UTC +04:00)

ABŞ endirdiyi zərbələr nəticəsində 14 dinc sakinin öldüyünü etiraf etdi

ABŞ hərbçiləri İraq və Suriyada 2015-ci ilin iyulundan 2016-cı ilin aprelinədək “Əl Qaidə” və İŞİD terror qruplaşmalarının mövqelərinə endirilən aviazərbələr nəticəsində 14 dinc sakinin öldüyünü etiraf ediblər.

 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Mərkəzi Komandanlığının məlumatında bildirilir.  

 

Məlumata görə, insidentlər nəticəsində 1 nəfər yaralanıb.  

 

ABŞ ordusunun komandanlığı dinc sakinlərin qəsdən öldürülmədiyini qeyd edərək, insidentlərdən çox təəssüfləndiyini bildirib və ölənlərin yaxınlarına başsağlığı verib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 220
avatar

Oxşar yazılar