Misirdə fövqəladə vəziyyətin elan edilməsinə qarşı ABŞ sərt münasibət göstərib.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, Ağ Evin təmsilçisi Coş Ernest bildirib : «ABŞ yürüşçülərə qarşı güc tətbiqini mühakimə edir».O, ordunu dözümlülük göstərməyə çağırıb.
Dövlət katibi Con Kerri isə Misirin müvəqqəti hökumətinin elan etdiyi fövqəladə vəziyyət mümkün qədər tez bitirəcəyini vurğulayıb.
BMT-nin baş katibi Pan Ge Mun Misir hakimiyyətinin danışıqlara davam etdirməkdənsə, fövqəladə vəziyyət rejimi elan etməsindən məyus olduğun bildirib.
Türkiyə hökuməti Misirdə baş verənləri «qətliam» adlandırıb, İran isə ölkədəki olayların vətəndaş savaşının başlamasını səbəb olacağını vurğulayıb.
Avropa Birliyinin ali komissarı Ketrin Eşton Qahirədə baş verən zorakılığı qınayaraq, hakimiyyəti tətbiq edilən fövqəladə vəziyyət rejimini tezliklə dəyişdirməyə çağırıb.