ABŞ: İki ildə azı 50 min İŞİD-çi öldürmüşük
09 dekabr 2016 05:36 (UTC +04:00)

ABŞ: İki ildə azı 50 min İŞİD-çi öldürmüşük

0

ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın 2014-cü ildən bu vaxtadək Suriya və İraqda keçirdiyi əməliyyatlar nəticəsində azı 50 min silahlı məhv edilib.

 

APA-nın xəbərinə görə, bunu “Frans Press” ABŞ-dakı yüksək çinli hərbi məmura istinadən məlumat yayıb.  

 

Mənbə məhv edilmiş silahlıların real sayının xeyli çox olduğunu istisna etməyib.

 

Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya  2014-cü ilin yay-payız aylarından başlayaraq İŞİD-in Suriya və İraqdakı mövqelərinə zərbələr endirir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 315

Oxşar yazılar