ABŞ-Rusiya münasibətləri müzakirə edildi
06 sentyabr 2017 00:25 (UTC +04:00)

ABŞ-Rusiya münasibətləri müzakirə edildi

0

Rusiya XİN rəhbəri və ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub. APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-nin mətbuat xidmətinin məlumatında bildirilir.  

 

Tərəflər rəsmi Pxenyanın nüvə-raket sınaqları kontekstində Koreya yarımadasındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Lavrov Şimal-Şərq Asiyada hərbi gərginliyinin artırılmasına qarşı çıxış edib və təmkinliyi qoruyaraq, emosiyalara dalmamağa çağırıb.     

 

İkitərəfli münasibətlərdəki vəziyyəti müzakirə edərkən Lavrov, Vaşinqtonun Rusiyaya məxsus diplomatik mülkiyyəti müsadirə etməsi beynəlxalq hüquq normaların kobud pozulmasıdır. Nazir  Rusiyanın Vaşinqtonun addımlarına qarşı məhkəmə prosedurlarına başlamaq niyyətində olduğunu bildirib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 335

Oxşar yazılar