Telekanal əməkdaşında Ebola virusu aşkarlandı
03 oktyabr 2014 11:19 (UTC +04:00)

Telekanal əməkdaşında Ebola virusu aşkarlandı

Liberiyada işləyən ABŞ vətəndaşında Ebola virusu aşkarlanıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “NBC News” telekanalının əməkdaşı olan operatora "Ebola virusuna yoluxma" diaqnozu qoyulub.  O, müalicə üçün ABŞ-a göndərilib. 

Bildirilir ki, 33 yaşlı operator kəskin ağrı və hərarətdən sobra “Sərhədsiz Həkimlər”ə aid müalicə mərkəzinə müraciət edib. Testlərdən 12 saat sonra məlum olub ki, o, Ebola virusuna yoluxub. 

“NBC News”un rəhbəri Deborah Tornes açıqlamasında əməkdaşlarnın sağalması ilə bağlı əllərindən gələn hər şeyi edəcəklərini bildirilib. 

Adının açıqlaması istəməyən operatorun Liberyada bir çox layihədə çalışdığı qeyd edilir. 

Qeyd edək ki, ABŞ vətəndaı olan daha 3 həkimdə Ebola virusu aşkarlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1216

Oxşar yazılar