ABŞ-ın Rusiyanın Suriyadakı hərbi obyektlərinə PUA hücumu ilə heç bir əlaqəsi yoxdur. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Silahlı Qüvvələri Baş Qərargahının nümayəndəsi general Kennet Makkenzi bildirib.
Makkenzi həmçinin ABŞ Silahlı Qüvvələri Baş Qərargahının rəisi general Cozef Danfordun rusiyalı həmkarı Valeri Gerasimovla səmimi fikir mübadiləsi apardığını xatırladaraq, danışıqların təfərrüatlarının açıqlamaqdan imtina edib.
Pentaqonun mətbuat xidmətinin rəhbəri Dana Uayt isə ABŞ Müdafiə Nazirliyinin Rusiyanın Suriyadakı hərbi obyektlərinə hücumu şərh etməyəcəyini bildirib.