ABŞ-da polislər güllələndi: <span style="color:red;">Ölən və yaralı var  - YENİLƏNİB
08 dekabr 2016 00:17 (UTC +04:00)

ABŞ-da polislər güllələndi: Ölən və yaralı var - YENİLƏNİB

0

ABŞ-ın Amerikus şəhərində (Corciya ştatı) baş verən silahlı insident nəticəsində bir polis əməkdaşı ölüb, digəri yaralanıb.

 

APA-nın Fox News” telekanalına istinadən verdiyi  məlumata görə, hadisə yaşayış komplekslərinin birində qeydə alınıb.

 

Cinayətkarın şəxsiyyəti müəyyənləşdirilib. Onun tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. Hadisənin motivi hələlik məlum deyil.

 

***

 

ABŞ-ın Amerikus şəhərində (Corciya ştatı) silahlı insident baş verib.

 

APA-nın xəbərinə görə, bu barədə “Fox News” telekanalı məlumat verib.

 

Məlumata görə, şəhərdə yerləşən yaşayış komplekslərinin birində atışma olub. Hadisə nəticəsində iki polis əməkdaşı ağır yaralanıb.

 

Yaxınlıqdakı universitetin əməkdaşları və tələbələri təxliyə olunub. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 592

Oxşar yazılar