ABŞ-ın Qarlend şəhərində (Texas ştatı) Məhəmməd peyğəmbərin karikaturaları nümayiş etdirilən sərgi qarşısında atəş açanların kimliyi bəlli olub.
APA-nın məlumatına görə, bu barədə “The Washinghton Post” qəzeti yazır.
Nəşrə görə, silahlı insident 34 yaşlı Nadir Sufi və 30 yaşlı Elton Simpson tərəfindən törədilib. Hazırda hüquq-mühafizə orqanları onların ekstremist qruplaşmalarla əlaqəli olub-olmadıqlarını yoxlayırlar.
Xatırladaq ki, ötən gün Texas ştatının Qarlend şəhərində Məhəmməd peyğəmbərin karikaturalarından ibarət təşkil olunmuş sərginin yaxınlığında atəş açılmışdı. İnsident nəticəsində atəş açan 2 nəfər polis tərəfindən güllələnmişdi.