ABŞ-ın Luiziana ştatında neft platformasında partlayış baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Ponçartreyn gölündə qeydə alınıb.
İnsident nəticəsində azı 6 nəfər xəsarət alıb. İlkin məlumata əsasən, ölən yoxdur. Hadisə yerinə xilasedicilər cəlb edilib. Partlayışın səbəbləri hələ ki, məlum deyil.
Qeyd edək ki, Luiziana ştatının ən iri gölü olan Ponçartreynin sahəsi 1600 kvadrat metr təşkil edir.