ABŞ-ın Boston şəhərində söz azadlığına dəstək üçün təşkil olunmuş mitinqin 27 iştirakçısı saxlanılıb. APA-nın “Qazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Boston Globe “ nəşri məlumat yayıb.
Məlumata görə, saxlanılanlara qarşı xuliqanlıq və digər pozuntularla bağlı ittihamlar irəli sürülüb. Polis bəzi şəxslərin qarşıdurma yaratmaq cəhdinə görə saxlandıqlarını bildirib.
Aksiya zamanı asayişi 500-dən çox polis əməkdaşı qoruyub.