ABŞ-da məhkəmədə atışma: ölən və yaralananlar var - YENİLƏNİB
12 iyul 2016 07:23 (UTC +04:00)

ABŞ-da məhkəmədə atışma: ölən və yaralananlar var - YENİLƏNİB

ABŞ-ın Sent-Cozef şəhərində (Miçiqan ştatı) məhkəmə binasında iki nəfəri güllələyən şəxsin kimliyi açıqlanıb.

 

APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərə görə, iki məhkəmə icraçısını öldürən və bir polis əməkdaşını yaralayan şəxs 44 yaşlı Larri Qordon olub.

 

Bildirilir ki, bir neçə cinayətdə təqsirli bilinən L.Qordon mühafizəçini tərksilah edərək qaçmaq istəyib. Bunun mümkün olmadığını başa düşərək məhkəmə işçilərini girov götürməyə cəhd edən cinayətkar polis tərəfindən məhv edilib. 

 

***

 

ABŞ-ın Sent-Cozef şəhərində (Miçiqan ştatı) məhkəmə binasında naməlum şəxs atəş açaraq iki nəfəri güllələyib.

 

APA-nın xəbərinə görə, bu barədə CNN məlumat verib.

 

Məlumata əsasən, atəş açan şəxs polis tərəfindən öldürülüb. Atışma zamanı bir polis əməkdaşı yaralanıb. Hadisənin digər təfərrüatları hələ ki, məlum deyil.

 

Faktı təsdiqləyən Miçiqan ştatının qubernatoru Rik Snayder bildirib ki, hadisə ilə əlaqədar araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 294
avatar

Oxşar yazılar