ABŞ-ın Missuri ştatının İndependens şəhərində yerləşən döyüş sursatlarının istehsalı zavodunda baş vermiş partlayış nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.
Məlumata görə, insident “Lake City Army Ammunition Plant” zavodunda baş verib. Partlayışdan sonra müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb.
Partlayışın səbəbləri müəyyənləşdirilir.