Bu həftə ABŞ-ın şimal-şərq və mərkəzi ştatlarında qar və leysan yağışlar 17 nəfərin ölümünə səbəb olub.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, insan ölümü əlverişsiz hava şəraitinin yol açdığı qəzalar, güclü külək və qarın devirdiyi ağaclarla bağlıdır.
Əlverişsiz hava şəraiti 260 minə yaxın insanı elektrik enerjisi təchizatından da mərhum edib. Nyu-Qempşir, Nyu-York ştatlarına 50 sm qar düşüb. 1926-cı ildən son ilk dəfə sahil zonasından uzaqda yerləşən Arkanzas ştatına da qar yağıb. ABŞ-da ümumilikdə 1500-ə qədər aviareys ləğv edilib.