ABŞ-da dünyanın ən etibarlı evi tikilib
13 dekabr 2017 20:43 (UTC +04:00)

ABŞ-da dünyanın ən etibarlı evi tikilib

ABŞ-ın Atlanta şəhərində dünyanın ən etibarlı evi inşa olunub. Mütəxəssislərin fikrincə, hətta dünyanın sonunu da bu evdə qarşılamaq mümkündür.

 

Lent.az-ın “azərtac”a istinadən xəbərinə görə, sahəsi 10 min kvadratmetr olan evin bütün otaqlarının qapıları zirehdən hazırlanıb. Evdə xüsusi kommunikasiya xətləri quraşdırılıb və güclü təhlükəsizlik sisteminə malik 5 bunker tikilib. Bunkerlərə yalnız gizli qapı vasitəsilə girmək olar.

 

Tikintisinə 30 milyon dollar xərclənən evdə 8 yataq və 14 vanna otağı, 3 mətbəx, habelə hovuz, kinoteatr, rəsm qalereyası və hətta tir var.

 

Zirehli evin tikintisi altı ilə başa gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 432
avatar

Oxşar yazılar