ABŞ-da daha bir namizəd nazir olmaqdan imtina etdi
06 may 2017 03:14 (UTC +04:00)

ABŞ-da daha bir namizəd nazir olmaqdan imtina etdi

0

Prezident Donald Tramp tərəfindən namizədliyi irəli sürülən Tennessi ştatı Senatının üzvü Mark Grin ordu naziri vəzifəsindən imtina edib.

 

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bu barədə M.Qrin jurnalistlərə bildirib.

 

Bundan əvvəl M.Qrinin transgenderlərlə bağlı bəyanatları bir sıra Demokrat partiyasının üzvləri və kütləvi informasiya vasitələri tərəfindən tənqid olunub. “Əgər siz psixiatrlardan soruşsanız, onlar transgenderliyin xəstəlik olduğunu deyəcəklər”, M.Qrin bildirib. O, həmçinin bircinsiyyətli nikahların qatı əleyhdarıdır.

 

Xatırladaq ki, fevralda milyarder Vinsent Viola ABŞ-ın ordu naziri vəzifəsindən imtina edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 439

Oxşar yazılar