Parisdəki terror aktlarının iştirakçısı hesab edilən Salax Abdeslam özünü Parisdə “Stad de Frans” stadionunda partlatmalı idi. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ötən gün Brüsseldə saxlanılan Abdeslam dindirilmə zamanı etiraf edib ki, plana əsasən, hücumlar baş verən gün, yəni noyabrın 13-də o özünü Parisin “Stad de Frans” stadionunda partlatmalı idi.
Qeyd edək ki, Parisdə törədilən terror aktlarında əsas şübhəli şəxs hesab edilən Salah Abdeslam ötən gün Brüsseldə həbs edilib.
O, həyata keçirilən xüsusi əməliyyat nəticəsində yaxalanıb.
S.Abdeslam hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışmada ayağından yaralanıb.
Xatırladaq ki, ötən ilin noyabrında Fransanın paytaxtı Parisdə törədilən bir neçə terror aktı nəticəsində 130 nəfər ölüb, 350 nəfər xəsarət alıb.