AB İrandan cavab gözləyir
12 yanvar 2013 02:55 (UTC +04:00)

AB İrandan cavab gözləyir

Avropa Birliyinin (AB) təmsilçisi Maykl Mann «altılıq»la İran arasında yanvarın sonunda İstanbulda görüşün keçirilməsi ilə bağlı razılığın əldə edilməsi haqda xəbəri təsdiqləməyib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, AB-nin ali komissarı Ketrin Eştonun mətbuat katibi deyib:«Yox, heç nə təsdiq edilməyib. Biz tarix və yer barəsində təklifimiz vermişik. Cavab gözləyirik».

 

Xatırladaq ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Yukio Amano yanvarın 11-də jurnalistlərə açıqlamasında qurumun İranla apardığı nüvə danışıqlarının perspektivsizliyindən danışıb.

O, deyib ki, İranla yanvarın 16-ına nəzərdə tutulmuş nüvə danışıqlarının nəticə verə biləcəyinə ümid bəsləmir: “Mən bu danışıqlarda agentlik ekspertlərinin İranın “Pərçin” nüvə təsisatında reyd keçirməsi ilə bağlı istənilən razılığa gəlinəcəyini gözləmirəm. İranla aparılan nüvə danışıqlarının perspektivi aydın deyil. Məsələ ondadır ki, İranla nüvə danışıqları eyni bir xətt üzrə irəli getmir. Bəzən danışıqlarda bir addım irəli müşahidə olunsa da, sonradan yenidən iki-üç addım geriləyirik. Məhz buna görə də mən bu danışıqların nəticə verə biləcəyinə nikbin yanaşmıram”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 622

Oxşar yazılar