Şimali İraq kürdləri müstəqillik referendumu keçirməyə hazırlaşır. Lent.az-ın Xarici KİV-ə istinadən məlumatına görə, İraqın şimalına - kürd bölgəsində nəzarət edən Məsud Bərzani bu barədə hazırlıqların başlanması ilə bağlı tapşırıq verib.
Partiyanın rəhbərliyindən olan Aras Haso Mirhan jurnalistlərə açıqlamasında partiya sədrinin başqa partiyalarla görüşəcəyini və birlikdə referenduma gedəcəklərini qeyd edib. A. Mirhan yaxın zamanlarda “Müstəqil Kürdüstan”ı yaratmaq istədiklərini dilə gətirib.
Qeyd edək ki, Məsud Bərzani 2014-cü il avqust 23-də “Kürdüstan Parlament”ində çıxış edərək deyib ki, partiyalar birləşərək referenduma getməlidir. Ancaq İŞİD-in kürdlərin yaşadığı yerlərə hücum etməsindən sonra bu mövzu gündəmdən düşmüşdü.