"Honda" minlərlə avtomobili geri çağırdı
26 noyabr 2017 18:12 (UTC +04:00)

"Honda" minlərlə avtomobili geri çağırdı

0

Yaponiyanın məşhur avtomobil istehsalçısı “Honda” Çin bazarından 3 min 524 ədəd avtomobili yan güzgülərdəki qüsurla əlaqədar geri çağırır.

Lent.az AzərTAc-a istinadən xəbər verir ki, geri çağırılan avtomobillər 2013-1017-ci illərdə idxal edilmiş “Acura MDX” və 2014-2015-ci illərdə buraxılan “Acura TLX” modelləridir.

Mütəxəssislərin qənaətinə görə, avtomobillərin yan güzgülərinin idarəetmə sisteminə ehtimal olunan sürtünmə əsas güzgünün fəaliyyətinin bloklanmasına gətirib çıxara bilər. Bu da öz növbəsində sürücünün avtomobilin arxa görünüş güzgüsündən istifadəsini çətinləşdirməklə təhlükəli halların yaranmasına səbəb ola bilər.

Qüsurlu avtomobillərin geri çağırılması prosesinə gələn ilin yanvarından başlanılacaq. Qüsurlar istehsalçı şirkətin hesabına aradan qaldırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 573

Oxşar yazılar