Hakan Şükürün atası ev dustaqlığına buraxıldı
26 noyabr 2016 03:04 (UTC +04:00)

Hakan Şükürün atası ev dustaqlığına buraxıldı

Türkiyə milli futbol komandasının keçmiş hücumçusu Hakan Şükürün atası Selmet Şükür və FETÖ təşkilatının imamı Adil Öksüzün qayınanası Xədicə Yıldırım ev həbsinə buraxılıb.

 

Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, bu barədə Türkiyə xəbər saytları məlumat verib. Məlumata əsasən, Selmet Şükürlə Xədicə Yıldırım yaşlı və xəstə olduqları üçün Sakarya Sülh Cəza Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

 

Qeyd edək ki, Selmet Şükür və Xədicə Yıldırım bir müddət əvvəl FETÖ təşkilatı ilə əlbir olmaqda şübhəli bilinərək həbs edilmişdilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 248
avatar

Oxşar yazılar