Fransanın sabiq mədəniyyət naziri Odri Azule YUNESKO-nun yeni baş katibi seçilib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, sabiq nazir təşkilatın İcraiyyə Şurası üzvlərinin 30 səsini qazana bilib. Qalib gəlmək üçün 58 səsdən 30-u qazanmaq kifayət idi.
Seçkilərin son turunda digər namizəd, Qətərli diplomat Həməd bin Əbdüləzizi Əl-Kavarı 28 səs toplayıb.
Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra geri götürüb.