<b>Əsədyönümlü hərbi birləşmələr Afrindən geri çəkildi </b> - <span style="color:red;">YENİLƏNİB
20 fevral 2018 20:16 (UTC +04:00)

Əsədyönümlü hərbi birləşmələr Afrindən geri çəkildi - YENİLƏNİB

0

Türkiyə ordusunun açdığı xəbərdarlıq atəşindən sonra Suriya prezidenti Bəşər Əsədi dəstəkləyən hərbi dəstələr Afrindən geri çəkilib.  

 

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Türkiyə artilleriyasının zərbələrinə tuş gələn hərbi dəstələr Afrinin 10 kilometrliyində dayandırılıb.

 

Bundan əvvəl bəzi KİV-lər hökumət qüvvələrinin yaxın günlərdə Afrində və Türkiyə ilə sərhəd ərazilərdə bir neçə mövqeni nəzarətə götürmək niyyətində olduğunu bildirmişdi.  

 

Ötən gün Suriyanın SANA dövlət xəbər agentliyi “Suriya Xalq Qüvvələri” adlandırılan hərbi dəstələrin yaxın saatlarda Afrinə daxil ola biləcəyini bildirmişdi.

 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan apardığı danışıqlardan sonra Suriya ordusunun Afrinə doğru irəliləməsini dayandırdığını bildirmişdi. Türkiyə baş nazirinin müavini Bəkir Bozdaq da Suriya ordusunun Afrinə daxil olmaq planına dair iddiaların həqiqətə uyğun olmadığını bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 602

Oxşar yazılar