YPG terrorçu qruplaşmasının Suriyanın şimalındakı Təl-Tamur rayonunda yerləşən hərbi təlim bazasında silsilə partlayışlar baş verib, ölən və yaralananlar var.
APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, qeyd olunan bazada, əsasən, amerikalı və britaniyalı təlimçilər olub. Yanğınla nəticələnən partlayışların yanacaq anbarların olduğu ərazidə baş verdiyi bildirilir. Partlayışın baş verdiyi ərazi mühasirəyə alınıb. İnsidentin səbəbləri açıqlanmır.