Yer kürəsinin yaxınlığından asteroid keçəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Kosmik Agentliyinin (AKA) məlumatında bildirilir. Asteroidin oktyabrın 12-də Yerin yaxınlığından keçəcəyi gözlənilir.
AKA bildirir ki, asteroid Yer kürəsindən təxminən 44 min km aralıdan keçəcək. “Bu olduqca yaxındır”, - deyə kosmik uçuşlar idarəsinin Avropa mərkəzinin direktoru Rolf Densinq bildirib.