Yaponiyanın İvaki şəhərində (Fukusima prefekturası) neft kompleksində yanğın baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində zərərçəkən olmayıb, yanğın söndürülüb.
Daha bir yanğın İvaki şəhərində yerləşən, “Kureha” kimya korporasiyasına məxsus müəssisədə baş verib. İlkin məlumata görə, insident zamanı ölən və yaralanan yoxdur.
Qeyd edək ki, bir neçə saat əvvəl Yaponiyada 7,3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Fukusima prefekturasında yerləşib. Bir qədər sonra həmin ərazidə 5,5 maqnitudalı daha iki zəlzələ qeydə alınıb.