"Xəzər dənizinin bölgü prinsipi razılaşdırılıb". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin "Kommersant"a müsahibəsində deyib.
"Bəli. Lakin indi detallara varmaq istəməzdim",- deyə Rusiya XİN başçısının müavini Xəzərin bölgü prinsipi razılaşdırılıbmı sualına cavabında bildirib.
Diplomat 2018-ci ildə Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın imzalanıb-imzalanmayacağına dair suala da konkret cavab verməyib.
“Qəti olaraq “hə” deməyəcəyəm. Qazaxıstanda sayca 5-ci Xəzəryanı ölkələrin sammitinin keçirilməsi planlaşdırılır. Görüşün gündəliyinin olduqca dolğun olacağını proqnozlaşdırıram. Lakin yüksək səviyyədə görüşün vaxtı yaxınlaşdıqca, əlavə razılaşdırmaya ehtiyacı ola biləcək müəyyən nüanslar ortaya çıxa bilər. Ona görə də, XİN rəhbərlərinin və ya işçi qruplarının hazırlıq görüşləri keçirəcəyini istisna etmək olmaz”, - deyə Karasin qeyd edib.