“İran nüvə sazişinin arxasında gizlənərək və BMT TŞ-in müvafiq qətnamələrini pozaraq raket istehsal edir”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli bildirib.
“Hamının diqqəti nüvə sazişindədir, İran isə onun arxasında gizlənərək, daim sazişdən çıxacağı ilə hədələyir”, - deyə N.Xeyli mətbuat konfransında bildirib.
N.Xeyli növbəti dəfə İranı bu ölkəyə raket istehsalını qadağa edən BMT TŞ-in qətnamələrini pozmaqda ittiham edib.
“Nüvə sazişi vacibdir, lakin BMT TŞ-in qərarları da mühümdür”, - deyə o qeyd edib.