<b>Ukraynanın ən böyük bankı iflas etdi</b>
19 dekabr 2016 18:19 (UTC +04:00)

Ukraynanın ən böyük bankı iflas etdi

0

 

Ukraynanın ən böyük bankı “PrivatBank” iflas edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, 5,65 milyard dollar kapital kəsirini yerinə qoymayan banka dövlət əl qoyub. Dövlət bankın 20 milyon əmanətçisinin pulunu qorumağı öz üzərinə götürüb.

 

Bildirlir ki, “PrivatBank” yenidən sərmayələndirmə proqramının tələblərini yerinə yetirməyib və şirkətlərə verdiyi kreditlərin 97 faizi səhmdarları ilə əlaqəli şirkətlərlə bölüşdürüb.

 

Ölkənin maliyyə naziri “PrivatBank”ın sağlamlığına yenidən qovuşduqdan sonra satılacağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 395

Oxşar yazılar