Xalqların Demokratik Partiyasının (HDP) üzvü, sənətçi Pınar Aydınlar həbs olunub.
“Qafqazinfo”nun “Posta” qəzetinə istinadən verdiyi xəbərə görə, haqqında həbs qərarı çıxarılan P. Aydınlar mayın 15-də Almaniyadan gəldiyi Atatürk hava limanında saxlanılaraq Bakırköy Qadın Həbsxanasına aparılıb.
“Təşkilat təbliğatı aparmaq”da ittiham olunan sənətçi 7,5 ay müddətinə azadlıqdan məhrum edilib.