Türkiyədə yayımlanan evlilik proqramlarına qadağan olundu.
Lent.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bir çox televiziya telekanallarında yayımlanan evlilik proqramlarının bağlanmasına səbəb reytinq xətrinə insan haqlarının pozulması və cəmiyyəti yanlış istiqamətə yönləndirməsi göstərilir.
Qeyd edək ki, özəl telekanallardan birində yayımlanan evlilik proqramında 15 yaşlı bir qızın 45 yaşlı kişi ilə görüşdürülməsi cəmiyyətdə kəskin qınağa səbəb olub və bu tip proqramların bağlanması qərarını qətiləşdirib.