Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkədə baş verən son hadisələrlə bağlı Xarici İşlər Nazirliyinin ümumilikdə 88 əməkdaşının fəaliyyətinə xitam verildiyini açıqlayıb. Lent.az habertürk-ə istinadən xəbər verir ki, diplomatiyada hər hansı qruplaşma ilə əlaqəsi olan şəxslərin qalmayacağını deyən nazir təmizləmə fəaliyyətinin davam etdiriləcəyini bildirib. O, daha bir neçə səfirin də vəzifədən kənarlaşdırılacağını əlavə edib.
Mövlud Çavuşoğlu Türkiyəyə yaxın ölkələrdə də Fətullah Gülənə bağlı təşkilatlanmaların məhv edilməsinə çalışdıqlarını deyib.