<b>Türkiyə parlamentinin qarşısında aksiya başladı</b> - <span style="color:red;">YENİLƏNİB
16 iyul 2017 02:57 (UTC +04:00)

Türkiyə parlamentinin qarşısında aksiya başladı - YENİLƏNİB

0

Ankarada Kızılay meydanından Türkiyə Böyük Millət Məclisinə Milli Birlik Yürüşü başa çatıb.

 

APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Türkiyə Böyük Millət Məclisinin mərasim meydanında 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı aksiya başlayıb.

 

Aksiyada 15 iyul hərbi çevriliş cəhdinin qarşısının alınması zamanı şəhid olan 250 nəfərin adı oxunub. Aksiyada Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı, baş nazir Binəli Yıldırım, parlament sədri İsmayıl Qəhrəman və Türkiyə prezidenti Rəcəb Tayiib  Ərdoğan çıxış edəcəklər.

 

*** 01.31

 

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin qarşısının alınmasının ildönümü ilə bağlı paytaxt Ankarada kütləvi yürüş başlayıb.

 

APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 00.13-də məscidlərdə oxunan duaların sədaları altında Kızılay meydanından Türkiyə Böyük Millət Məclisinə Milli Birlik Yürüşü başlanıb.

 

Qeyd edək ki, gecə saat 02.00-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə parlament önündə aksiyanın başlaması planlaşdırılıb. Mitinqdə Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı, baş nazir Binəli Yıldırım, parlament sədri İsmayıl Qəhrəman və R. T. Ərdoğanın çıxış edəcəklər. Sonra Türkiyənin 81 rayonundan gənclərin gətirdikləri bayraqlar Türkiyə prezidentinə və parlament sədrinə təqdim ediləcək. Millət məscidində sabah namazı qılındıqdan sonra, Prezident Sarayında 15 iyul şəhidlərinin xatirəsinə həsr olunmuş abidənin açılışı olacaq, tədbirdə R. T. Ərdoğan çıxış edəcək.

 

Türkiyə üzrə demokratiyanın qorunması ilə bağlı aksiyalar 16 iyul gecə saatlarınadək başa çatacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar