Türkiyə Hatay əyalətində Suriya ilə həmsərhəd əraziyə tanklar da daxil olmaqla hərbi texnika cəmləşdirir.
APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Türkiyə ordusundakı mənbə tankların sərhəd qoşunlarını gücləndirmək məqsədi ilə göndərildiyini bildirib.
“Anadolu” əməkdaşı 5 tankı daşıyan yük maşınlarından ibarət avtomobil karvanını çəkib.