[b]Türkiyə Rusiyadan S-400-ləri aldı[/b]
12 noyabr 2017 04:33 (UTC +04:00)

[b]Türkiyə Rusiyadan S-400-ləri aldı[/b]

0

 

 

Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri alıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün Türkiyənin müdafiə naziri Nurettin Canikli bildirib.

 

“Bu iş başa çatıb. S-400 sistemləri alınıb”, - deyə nazir qeyd edib. Onun sözlərinə görə, Türkiyənin bununla məhdudlaşmaq niyyəti yoxdur: “Özümüzə məxsus havadan müdafiə sistemi yaratmaq üçün “Eurosam” konsorsiumu ilə əməkdaşlıq edəcəyik”.   

 

Qeyd edək ki, Türkiyə, Fransa və İtaliya noyabrın 8-də Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin görüşü çərçivəsində havadan müdafiə yeni sistemlərin yaradılmasına dair saziş imzalayıblar.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 449

Oxşar yazılar