<b>Türkiyə növbədənkənar seçkilərə gedir</b>
18 aprel 2018 17:28 (UTC +04:00)

Türkiyə növbədənkənar seçkilərə gedir

0

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının 2019-cu ilin noyabrın 3-də keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkilərinin bu il avqustun 26-da keçirilməsini təklifinə cavab özünü çox gözlətməyib.

 

Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu gün Dövlət Baxçalını qəbul edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha sonra AKP-nin rəhbər şəxsləri ilə görüşüb.

 

Ərdoğan deyib ki, Baxçalı ilə erkən seçki kampaniyasına müsbət yanaşma barədə razılığa gəlinib: "İyunun 24-də erkən seçim etmək qərarına gəldik. Bu qərarın ölkəmiz, millətimiz və tərəflərimiz üçün xeyirli olmasını diləyirəm. Biz hüquqi prosesi dərhal başlamışıq",

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 591

Oxşar yazılar