[b]Türkiyə hərbçilərini Qətərə göndərdi[/b]
14 iyun 2017 03:29 (UTC +04:00)

[b]Türkiyə hərbçilərini Qətərə göndərdi[/b]

0

Qətər ərazisində türk hərbçilərinin yerləşdirilməsini nəzərdə tutan ikitərəfli sazişə uyğun olaraq Türkiyə hərbçilərdən ibarət nümayəndə heyəti Qətərə yollanıb. APA-nın  “Milliyet”ə istinadən verdiyi xəbərə görə, nümayəndə heyətinin tərkibinə rütbəsi açıqlanmayan 3 hərbçi var. İyunun 12-də Qətərə səfər etdiyi bildirilən nümayəndə heyəti türk hərbçilərinin bu ölkə ərazisində yerləşdirilməsi məsələsini müzakirə edəcəyini bildirib.   

 

Qeyd edək ki, 2014-cü il tarixli qeyd olunan saziş Qətərdə Türkiyə hərbi bazasının yaradılmasını nəzərdə tutur.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 402

Oxşar yazılar